İsrailə casusluqda ittiham olunurdu, İran məhkəməsi bəraiət verdi
06-oktyabr-2025
Admin
Yazı Ölçüsü:
İranın Hörmüzqan vilayətinin Bender-Abbas şəhər məhkəməsi İsrailin xeyrinə casusluqda ittiham olunan və Almaniya ilə Fransa vətəndaşlığına malik avropalıya bəraət verib.
"PostMedia" xəbər verir ki, bu barədə vilayətin baş hakimi Modjtaba Qəhrəmani açıqlama verib.
Onun sözlərinə görə, məhkəmə ittiham tərəfinin arqumentlərini araşdıraraq, təqdim edilən sübutlarda şübhələr olduğuna görə bəraət hökmü çıxarıb. Qəhrəmani əlavə edib ki, prokuror bu qərardan apellyasiya şikayəti verə bilər.
Məlumata görə, avropalı şəxs iyun ayında 12 gün davam edən İran–İsrail müharibəsi zamanı casusluq ittihamı ilə saxlanılmışdı.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İran cavab zərbəsi endirib, daha sonra ABŞ iyunun 22-də İranın İsfahan, Natanz və Fordo şəhərlərindəki nüvə obyektlərinə hücum edib. Ertəsi gün İran Qətərdə yerləşən ABŞ-ın Əl-Udeyd aviabazasını vurub. Ardınca ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəs razılaşmasına gəldiyini açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib