N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Bu gün “Krokus”da baş verən terror aktı ilə bağlı məhkəmə başlayır

04-avqust-2025
Turan Hüseynli
Bu gün “Krokus”da baş verən terror aktı ilə bağlı məhkəmə başlayır
Yazı Ölçüsü:

Bu gün Bakı vaxtı ilə saat 12:00-dan etibarən Moskva qərbində yerləşən Krasnoqorsk şəhərindəki “Crocus City Hall” (Krokus Siti Hal) konsert zalında törədilən və nəticədə 149 nəfərin həyatını itirdiyi terror aktı ilə bağlı 19 icraçı və cinayət ortağına qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesi başlanır.

PostMedia” Rusiya mediasına istinadən xəbər verir ki, Cinayət işini Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi araşdıracaq.

Prosesin Moskva Şəhər Məhkəməsinin binalarından birində keçiriləcəyi bildirilib.

İşə üç hakimdən ibarət kollegiya baxacaq. Bazar ertəsi keçiriləcək ilk iclas açıq olacaq. Lakin gözlənilir ki, işin mahiyyəti üzrə dinləmələr KİV və ictimaiyyət üçün qapalı rejimdə aparılacaq. Buna səbəb isə iş materiallarında məxfi informasiyanın mövcudluğu və bəzi təqsirləndirilən şəxslərin hələ də axtarışda olmasıdır. Məhkəmədə misilsiz təhlükəsizlik tədbirləri görüləcək.

Zərərçəkmiş 115 nəfərin maraqlarını təmsil edən vəkil Lyudmila Ayvar TASS-a açıqlamasında bildirib ki, hərbi məhkəmə dörd təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin dayandırılmasında və andlılar kollegiyasının heyəti ilə aparmaqdan imtina edib. Həmçinin bəzi təqsirləndirilənlərin işi yenidən istintaqa qaytarmaq barədə vəsatətləri də rədd olunub. Digər vəkil İqor Trunov isə təqsirləndirilənlərə ən sərt, lakin ədalətli cəzanın verilməsi üçün mübarizə aparacaqlarını bildirib.

Cinayət işində 19 nəfər təqsirləndirilir. Onlar arasında həm terror aktının bilavasitə icraçıları, həm də onların cinayət ortaqları var:

  • Şəmsəddin Fariduni
  • Dalercon Mirzoyev
  • Məhəmmədsobir Fayzov
  • Səidəkrami Murodali Rəcəbəlizadə
  • Uməcon Soliyev
  • Mustakim Soliyev
  • Şahromcon Qadoyev
  • Zubaydullo Ismoilov
  • Hüseyn Həmidov
  • Məhəmməd Zöhr Şərifzadə
  • Yaqubcani Davlatxon Yusifzadə
  • Nazrimad Lütfulloyi
  • Cüməxon Qurbonov
  • Hüseyn Medov
  • Cəbrayıl Auşev
  • Alişer Qasımov
  • eləcə də İsroil, Dilovar və Amincon İslamovlar.

Bu şəxslərin hamısı Rusiya Federasiyasında terrorçular siyahısına daxil edilib.

Rusiya Baş Prokurorluğunun məhkəməyə təqdim etdiyi sənədlərə əsasən, Təhlükəsizlik Xidmətinin məlumatına görə, Təhlükəsizlik xidməti tərəfindən axtarışda olan iki Tacikistan vətəndaşı və hələlik müəyyən edilməmiş şəxslər, Ukraynanın yüksək siyasi rəhbərliyinin maraqları naminə, Rusiya ərazisində “Vilayət Xorasan” adlı beynəlxalq terror təşkilatının üç hücrəsini təşkil ediblər (bu təşkilat Rusiyada qadağandır).

Onlar həmin hücrələrə Tacikistan vətəndaşları olan Mirzoyev, Fariduni, Rəcəbəlizadə, Fayzov, Soliyevlər, İsmoyilov, Qadoyev, Xəmidov, Lütfulloyi, Qurbonov, Yusifzadə, Şərifzadəni cəlb ediblər. Onların dini hisslərindən istifadə edərək, Moskvada terror aktı törətməyə tapşırıq veriblər.

Cinayət ortaqları – İslamov qardaşları və Qasımov – terrorçulara pul köçürüb, mənzil və avtomobil təmin ediblər. Medov, Auşev və digər şəxslər isə silah və sursat hazırlayıb təqdim ediblər. Soliyevlər, İsmoyilov, Qadoyev və Həmidov silah və sursatı birbaşa terrorçulara çatdırıblar. Lutfulloi, Qurbonov, Yusifzadə və Şərifzadə isə maliyyə təminatı veriblər.

22 mart 2024-cü ildə – Rəcəbəlizadə, Fayzov, Mirzoyev və Fariduni “Crocus Ciry Hall”da atəş açaraq zala toplaşmış insanları güllələyiblər, daha sonra zala od vurublar. 149 nəfər ölüb, bir nəfər itkin düşmüş sayılır. Maddi ziyan təxminən 6 milyard rubl (114 milyon manat) təşkil edib.

Terror aktından sonra dörd icraçı Ukraynaya qaçmağa çalışıblar, lakin Bryansk vilayətində saxlanılaraq Moskvaya gətiriliblər.

Hazırda terror təşkilatının daha iki təşkilatçısı və dörd iştirakçısı ilə bağlı istintaq davam edir.

Qeyd edək ki, “Crocus City Hall” azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.

Kateqoriyalar