6°C Bakı
1$ = 1.70₼
Məhkəmə | Sosial təminat

Ədliyyə naziri İmişlidə vətəndaşları qəbul edib

02-may-2025
Ədliyyə naziri İmişlidə vətəndaşları qəbul edib
Yazı Ölçüsü:

Ədliyyə naziri Fərid Əhmədov 2 may tarixində İmişli şəhərində vətəndaşları qəbul edib.

"PostMedia" bu barədə Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.

Qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Sabirabad və Zərdab rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

 
 
 
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930