N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

İmamoğlu həbsdə qaldı

14-aprel-2025
Admin
İmamoğlu həbsdə qaldı
Yazı Ölçüsü:
Məhkəmə İstanbul meri Əkrəm İmamoğlunun azadlığa buraxılması tələbi ilə onun vəkillərinin verdiyi apellyasiya şikayətini rədd edib.
"PostMedia" bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
İstanbulun meri Ekrem İmamoğlunun vəkilləri, onun azadlığa buraxılmasını tələb edərək apellyasiya şikayəti vermişdilər. Onlar İmamoğlu ilə bağlı araşdırmanın qanunsuz olduğunu və təqdim olunan ittihama əsasən həbsin də qanunsuz olduğunu vurğulamışdılar. Lakin İstanbul məhkəməsi İmamoğlunun vəkillərinin müraciətini rədd edib.
Qeyd edək ki, İmamoğlu, 19 martda korrupsiya və terrorçularla əlaqədə olması ittihamı ilə saxlanılıb və 23 martda məhkəmə qərarı ilə həbs edilib. Vəkillər apellyasiya müraciətini verərək, araşdırmanın qanunsuz olduğunu və həbsin səhv olduğunu bildirmişdilər. Sözcü kanalının məlumatına görə, məhkəmə onların müraciətini qəbul etməyib.
Bundan sonra Türkiyədə, xüsusən İstanbul, Ankara və İzmir şəhərlərində müxalifət tərəfindən etiraz aksiyaları keçirilib. İmamoğlunun təmsil etdiyi müxalifət Xalq Cümhuriyyət Partiyası isə onun azadlığa buraxılmasını tələb edir.
Kateqoriyalar