6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib

06-may-2026
ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib
Yazı Ölçüsü:

Azərbaycan Beynəlxalq Bankının (ABB) vəzifəli şəxsi kredit üçün müraciət edən qadın müştərinin sənədləri içərisindən onun mobil nömrəsini götürərək, şəxsi məqsədlər üçün narahat edib.

"PostMedia" Xitab24.az-a istinadən xəbər verir ki, hadisə bankın Nizami filialında qeydə alınıb.

Belə ki, həmin filialın müdir müavini müştəriyə zəng edərək işdənkənar müxtəlif formalarda təkliflərlə çıxış edib.

Müştərinin qohumu isə bankın məlumat mərkəzinə zəng edərək qadını şam yeməyinə dəvət edən həmin vəzifəli şəxsdən şikayət edib.

Bundan sonra məsələ ilə bağlı Daxili nəzarət departamenti araşdırma başladıb. Yoxlama nəticəsində video müşahidə zamanı qadının kartından vəsaiti nağdlaşdırmaq məqsədilə filialda ATM-lərin yerləşdiyi otağa daxil olarkən onunla birgə vəzifəli şəxsin də otağa gəldiyi, müştərinin nağdlaşdırma əməliyyatında iştirak etdiyi və müştəriyə məxsus olan, məxfi hesab edilən PİN kodun bank əməkdaşı tərəfindən ATM-ə daxil edildiyi müşahidə edilib. Nəticədə əməkdaşın müştəriyə aid fərdi məlumatları öz şəxsi məqsədləri üçün istifadə edərək mövcud qanunvericiliyi və əmək müqaviləsinin 3.3-cü bəndinin şərtlərini pozduğu aşkarlanıb. Bundan sonra, ABB vəzifəli şəxsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıb.

İşdən çıxarılan filial müdiri ABB-nin məhkəməyə verib. O, iddia ərizəsində işdən çıxarılması ilə bağlı əmrin ləğv edilməsini, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələblərini qeyd edib. Lakin məhkəmə ABB-nin sabiq filial müdiri müavinin iddiasını təmin etməyib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031