İranda nümayişçilərə qarşı ən azı 23 000 cinayət işi başlanılıb.
"PostMedia" xəbər veri ki, bu baədə "Radio Farda" məhkəmələə istinadən xəbər yayıb.
Rəsmiyə görə, həbs əməliyyatları ölkənin bütün vilayətlərində aparılıb. O həmçinin bildirib ki, etiraz aksiyaları zamanı 749 polis bölməsi və İslam İnqilabı Keşikçiləri Korpusunun 120 mərkəzinə hücum qeydə alınıb.
ABŞ-da fəaliyyət göstərən müstəqil insan hüquqları təşkilatı “İran İnsan Hüquqları Aktivistləri”nin (HRAI) məlumatına görə, 15 fevral tarixinə qədər ən azı 53 552 nəfər həbs olunub, onlardan 144-ü tələbələrdir. 11 053 nəfər məhkəməyə çağırılıb.
Etirazlar 2025-ci il dekabrın 28-də başlayıb və İranın bütün vilayətlərinə yayılıb. Başlanğıcda nümayişçilər iqtisadi böhranla bağlı tələblər irəli sürüblər, lakin sonradan hökumət əleyhinə şüarlar səsləndiriblər və monarxiyanın bərpasını tələb ediblər. HRAI məlumat verir ki, 7,015 nəfərin ölümü təsdiqlənib, onlardan 6 508-i ehtimal ki, nümayişçilərdir, əlavə olaraq 11 744 hadisə araşdırılır. İnsan hüquqları müdafiəçilərinin məlumatına görə, 25 845 nəfər yaralanıb.
The Wall Street Journal isə ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ gizli şəkildə İrana təxminən 6 000 Starlink terminalı göndərib ki, iranlılar karantin rejimini aşaraq internetə çıxış əldə edə bilsinlər. Mənbələr bildiriblər ki, prezident Tramp bu göndərişlərdən xəbərdar olub, amma onların proqramı birbaşa təsdiqləyib-təsdiqləmədiyi məlum deyil.
