6°C Bakı
1$ = 1.70₼
Məhkəmə

Uralda azərbaycanlı icmasının keçmiş rəhbərinin məhkəməsi iki həftə təxirə salınıb

17-fevral-2026
Uralda azərbaycanlı icmasının keçmiş rəhbərinin məhkəməsi iki həftə təxirə salınıb
Yazı Ölçüsü:

Uralda azərbaycanlı icmasının keçmiş rəhbəri Şahin Şixlinski və onunla əlaqəsi ehtimal olunan şəxsləri barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi iki həftəlik təxirə salınıb.

"PostMedia" xəbər verir ki, bu barədə "ura.ru"ya Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat verib.

Məhkəmə iclası martın 5-də davam etdiriləcək. Hökmün isə böyük ehtimalla yaz aylarında elan ediləcəyi bildirilir. Fevralın 17-də dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün cəza tələb edib. Şixlinski üçün 23 il azadlıqdan məhrumetmə cəzası istənilib.

Daha əvvəl andlı iclasçılar kollegiyası ittihamedici hökm çıxarıb. Şixlinski ilə birlikdə beş Safarov qardaşı və Şücayəddin Rəcəbov da müttəhimlər kürsüsündədir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930