Albaniyanın “süni intellekt naziri” məhkəmə iddiası səbəbindən öz simasını itirə bilər – "Politico"
12-fevral-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Albaniya hökuməti müqavilə şərtlərinin pozulması ilə bağlı qaldırılmış məhkəmə iddiası səbəbindən "Diella" adlı “süni intellekt nazirinin” (albanca “günəş” mənasını verir) obrazından istifadə hüququnu itirə bilər.
"PostMedia" xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.
Albaniya hökumətinin mətbuat katibi Manjoli Hasan bildirib ki, iddianı əsassız hesab edirlər, lakin məsələnin məhkəmə yolu ilə birdəfəlik həll olunmasını müsbət qarşılayırlar.
Məlumata görə, Diella obrazı aktrisa Anila Bişinin siması və səsi əsasında, e-Albania dövlət xidmətləri portalı çərçivəsində bağlanmış məhdudmüddətli müqavilə ilə yaradılıb. Müqavilənin müddəti 2025-ci il dekabrın 31-də başa çatıb. Bundan sonra Bişi hökuməti və layihədə iştirak edən özəl şirkəti məhkəməyə verib.
Aktrisa iddia edir ki, hökumət onun obrazından razılaşdırılmış müddət və çərçivədən kənar istifadə etməyə davam edib və bu, ona ciddi və bərpaolunmaz zərər vurub. Politico məhkəmə sənədlərinə istinadən yazır ki, Bişi iş yekunlaşana qədər öz obrazından istifadənin qadağan olunmasını tələb edir.
Xatırladaq ki, daha əvvəl Albaniyanın dünyada dövlət satınalmalarına cavabdeh vəzifəni süni intellektə həvalə edən ilk ölkə olduğu bildirilmişdi. Baş nazir Edi Rama bunun “tam korrupsiyasız” sistem yaratmaq məqsədi daşıdığını vurğulamışdı.
Lakin Albaniya prezidenti Bayram Bəqay “süni intellekt nazirini” hökumət kabinetinin tərkibində təsdiqləməyib. Daha sonra baş nazir Diella-nın “övladlarını” təqdim edib. Onların parlament üzvlərinə köməkçi kimi fəaliyyət göstərərək iclasları qeydə alması və deputatları buraxılmış müzakirələr barədə məlumatlandırması nəzərdə tutulub.
Energetika naziri Ağsuda vətəndaşları qəbul edəcək
05-mart-2026
Rəsmi xəbərlər
Azərbaycan İrana nota verəcək
05-mart-2026
Rəsmi xəbərlər
Azərbaycan XİN İranın dron hücumlarını pisləyib
05-mart-2026
Hadisə
İran Naxçıvanı vurdu - VİDEO
05-mart-2026
Sosial
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05-mart-2026
HiTech
Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb