N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Onlar ömürlük azadlıqdan məhrum edildi - YENİLƏNİB

05-fevral-2026
Admin
Onlar ömürlük azadlıqdan məhrum edildi - YENİLƏNİB
Yazı Ölçüsü:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

PostMedia” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.

Hakim son hökmü oxuyub.

hökmə əsasən təqsirləndirilən Arayik Harutyunyan, Arkadi Qukasyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan, David Manukyan ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Eyni zamanda Arkadi Qukasyan 20 il, Bako Saakyan 20, Mədət Babayev 19 il müddətinə qəti azadlıqdan məhrum edilib.
Kateqoriyalar