Macarıstan Rusiyadan enerji tədarükünün qadağan edilməsi ilə bağlı Avropa İttifaqının qərarına qarşı Aİ Məhkəməsində iddia qaldırıb.
"PostMedia" xəbər verir ki, bu barədə ölkənin xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.
Nazirin sözlərinə görə, Aİ Şurasının qərarı artıq qüvvəyə mindiyi üçün Macarıstan hökuməti əvvəlcədən planlaşdırıldığı kimi onun ləğvini tələb edən məhkəmə iddiası təqdim edib. Aİ xarici işlər nazirliyi bildirib ki, iş müəyyən edilmiş prosedura uyğun araşdırılmalıdır.
Siyarto qeyd edib ki, sözügedən qadağa faktiki olaraq sanksiya xarakteri daşıyır və konsensusla deyil, səs çoxluğu ilə qəbul edilib. O, həmçinin Avropa Komissiyasının bu addımı Macarıstan və Slovakiyanın etirazlarına baxmayaraq ticarət siyasətinin elementi kimi təqdim etdiyini vurğulayıb.
Nazir əlavə edib ki, Aİ-nin təsis sənədlərinə əsasən üzv dövlətlər öz enerji siyasətlərini müstəqil müəyyən edir və tədarükçülərini özləri seçirlər. Eyni zamanda, enerji həmrəyliyi prinsipinin pozulduğunu da qeyd edib.