N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Cənubi Koreya prezidenti həbsinə mane olduğu üçün beş il müddətinə azadlıqdan məhrum edilib

16-yanvar-2026
Turan Hüseynli
Cənubi Koreya prezidenti həbsinə mane olduğu üçün beş il müddətinə azadlıqdan məhrum edilib
Yazı Ölçüsü:

Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun həbsinə mane olmaq cəhdində təqsirli bilib və onu beş il müddətinə azadlıqdan məhrum edib.

"PostMedia" xəbər veirr ki, bu barədə Reuters məlumat yayıb.

Cinayət işi Yun Sok Yolun 2024-cü ilin dekabr ayının əvvəlində Cənubi Koreyada hərbi vəziyyət elan etmək cəhdi ilə bağlı başlanıb. Prezidentin "Şimali Koreya yönümlü dövlət əleyhinə qüvvələrin məhv edilməsi" zərurəti ilə izah etdiyi hərbi vəziyyət, parlament tərəfindən ləğv edilənə qədər cəmi bir neçə saat davam edib. Tezliklə parlament prezidentin impiçmentinə səs verib. Yun Sok Yol hakimiyyətdən uzaqlaşdırılıb, daha sonra isə həbs edilib.

Məhkəmə həmçinin Yun Sok Yolu hərbi vəziyyətin tətbiqi üçün zəruri olan hüquqi prosedurlara əməl etməməkdə təqsirli bilib.

"Yonhap" agentliyinin məlumatına görə, prokurorlar keçmiş prezident üçün 10 il həbs cəzası tələb etmişdilər. Yun Sok Yol özünü təqsirli bilməyib.

Hökm hələ qüvvəyə minməyib və ondan apellyasiya şikayəti verilə bilər.

"Yonhap" yazır ki, ölkədə hərbi vəziyyət tətbiq etmək cəhdi ilə bağlı Yun Sok Yola qarşı ümumilikdə səkkiz cinayət işi açılıb. Həbsə mane olma işi üzrə çıxarılan hökm bunlardan birincisidir.

Yun Sok Yol, digər məsələlərlə yanaşı, hakimiyyəti qəsb etmək cəhdində də ittiham olunur. İttiham tərəfi bu iş üzrə ölüm cəzası tələb edib. Bu iş üzrə hökmün fevralın 19-da elan ediləcəyi gözlənilir.

Kateqoriyalar