N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Süleyman Kərimovun qızı investisiyalarının dondurulması ilə bağlı İsveçrəni məhkəməyə verib

15-yanvar-2026
Turan Hüseynli
Süleyman Kərimovun qızı investisiyalarının dondurulması ilə bağlı İsveçrəni məhkəməyə verib
Yazı Ölçüsü:
Rusiyalı senator Süleyman Kərimovun qızı Gülnarə Kərimova UNCITRAL qaydaları əsasında İsveçrəyə qarşı arbitraj prosesinə başlayıb.
"PostMedia" bu barədə "kommersant"a istinadən xəər verir.
"Global Arbitration Review" (GAR) nəşrinin məlumatına görə, o, hakimiyyət orqanlarının dəbdəbəli daşınmaz əmlak sahəsindəki investisiyalarını dondurmaq barədə qərarlarına etiraz edir. İsveçrə üçün bu, xüsusilə anti-Rusiya sanksiyaları ilə bağlı olan ilk investisiya mübahisəsi ola bilər.
Nəşrin məlumatına görə, iddia Gülnarə Kərimovanın investisiyalarına qarşı İsveçrə hakimiyyətinin 2024-cü ilin iyun ayından bəri, guya sanksiya rejimi çərçivəsində həyata keçirdiyi hərəkətlərə aiddir. Tələblər yüz milyonlarla ABŞ dolları həcmində qiymətləndirilir. Arbitraj bildirişi İsveçrə ilə SSRİ arasında investisiyaların qorunması haqqında 1990-cı il ikitərəfli sazişinə əsasən təqdim edilib.
GAR-ın məlumatına görə, xanım Kərimova İsveçrə şirkətləri vasitəsilə Fransada (ehtimal ki, Kot-d'Azurda, Antibda) daşınmaz əmlaka investisiya qoyub, daha sonra Fransanın vergi orqanlarının göstərişi ilə aktivlərini yenidən strukturlaşdıraraq onlara tamamilə özünə məxsus olan başqa bir İsveçrə şirkəti vasitəsilə sahib olub. Gülnarə Kərimovanın özü İsveçrə və ya AB-nin sanksiyaları altında deyil, lakin atası Süleyman Kərimov və qardaşı Said 2022-ci ildə İsveçrənin sanksiya siyahılarına daxil ediliblər.
İddiada ölkələr arasında investorlara bərabər münasibət və aktivlərin müsadirəsi ilə bağlı ikitərəfli sazişin pozulması qeyd olunur. GAR-ın yazdığına görə, Gülnarə Kərimova iddia edir ki, İsveçrə hakimiyyəti yaxınlarına qarşı sanksiyalardan onun və şirkətlərinin əleyhinə görülən tədbirlər üçün əsas kimi istifadə edib və onu alçaldıcı şəkildə ailənin "kuklası" (marioneti) kimi xarakterizə edib. İddianın digər bir hissəsi isə İsveçrədə 2025-ci ilin oktyabrında qəbul edilmiş və Rusiya sanksiyaları ilə bağlı işlərdə İsveçrə məhkəmələrinin investisiya arbitrajı qərarlarını icra etmək səlahiyyətini məhdudlaşdıran qanuna aiddir.
Kateqoriyalar