6°C Bakı
1$ = 1.70₼
Məhkəmə

Avropa, Böyük Britaniya və Kanada ASCO-nun 2 gəmisinə sanksiya tətbiq edib

06-yanvar-2026
Avropa, Böyük Britaniya və Kanada ASCO-nun 2 gəmisinə sanksiya tətbiq edib
Yazı Ölçüsü:

2025-ci il ərzində bilavasitə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus olan iki gəmi və Şirkətin birgə müəssisəsi olan "SA Maritime AFZECO" vasitəsilə birgə sahib olduğu üç gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiyalarına məruz qalıb.

"PostMedia"nın məlumatına görə, bununla bağlı ASCO rəhbərliyi hüquqi araşdırmaya başlayıb və Şirkətin və onun birgə müəssisəsinin müvafiq sanksiyaları pozmadığını sübut etmək üçün apelyasiya müraciəti hazırlayır.
Hələlik apelyasiyanın nəticəsi və vaxtı qeyri-müəyyən olaraq qalır. Sanksiyaların Qrupun gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə təsiri əhəmiyyətli ola bilər.

ASCO-dan bildirlib ki, rəhbərlik vəziyyəti ciddi nəzarətdə saxlayır və gedişatdan asılı olaraq müvafiq tədbirlər görəcək.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930