6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Maduro bu gün məhkəmə qarşısına çıxarılacaq

05-yanvar-2026
Maduro bu gün məhkəmə qarşısına çıxarılacaq
Yazı Ölçüsü:
Venesuelanın keçmiş lideri Nikolas Maduronun işi üzrə ABŞ-də keçiriləcək ilk məhkəmə iclasının prosessual xarakter daşıyacağı gözlənilir.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu növ ilkin iclaslarda adətən standart prosedurlar icra olunur.
Belə ki, bu gün yerli vaxtal saat 12:00-da keçiriləcək məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülən rəsmi ittihamların oxunması, müdafiə tərəfinin və prokurorluğun növbəti addımlarının müəyyənləşdirilməsi və məhkəmə baxışının vaxtının təyin edilməsi və hüquqi prosedurların nizamlanması baş tutacağı ehtimal edilir.
Ekspertlər qeyd edirlər ki, bu mərhələdə işin mahiyyəti üzrə dərindən araşdırma aparılmır, sadəcə hüquqi çərçivə müəyyən edilir. Nikolas Maduroya qarşı ABŞ tərəfindən müxtəlif ağır ittihamlar, o cümlədən narkoterrorizm və korrupsiya ilə bağlı iddialar irəli sürülüb.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031