Yekaterinburqun Kirov rayon məhkəməsində Şahin Şixlinski barəsində açılmış cinayət işi üzrə ilkin dinləmələr keçirilib.
İlkin iclasdan sonra məhkəmə əsas məhkəmə iclasının 15 yanvar 2026-cı il tarixinə təyin olunması barədə qərar qəbul edib.
"PostMedia" xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat verib.
Keçmiş icma rəhbəri və daha yeddi təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar arasında dövlət vəzifəli şəxsini təhqir etmə, habelə həyat və sağlamlığa qarşı yönəlmiş cinayətlər var. Təqsirləndirilənlərdən bəziləri ağırlaşdırıcı hallarda, o cümlədən bir qrup şəxs tərəfindən törədilmiş qətldə ittiham olunurlar.
İşin materialları dekabrın 1-də məhkəməyə daxil olub. Bildirilib ki, icmanın keçmiş rəhbərini hətta ömürlük azadlıqdan məhrumetmə cəzası da təhdid edir.
Dünən keçirilən ilkin iclasdan sonra məhkəmə əsas məhkəmə prosesinə hazırlıq mərhələsinə başlayıb.