Rusiya məhkəməsi Azərbaycan icmasının üzvlərinin həbs müddətini uzadıb
19-dekabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Yekaterinburq məhkəməsi səs-küylü qətllərdə ittiham olunan Azərbaycan icmasının üç üzvünün istintaq təcridxanasında saxlanma müddətini uzadıb.
"PostMedia" xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” nəşri məlumat yayıb.
Əziz Abbasov, Şahin Lalayev və Əhliman Gənciyev Rusiya Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsinin “z” və “j” bəndləri ilə ittiham olunurlar. İttihamlar aşağıdakıları əhatə edir:
öncədən əlbir olan bir qrup şəxs tərəfindən törədilən qətl, sifarişli qətl, muzdlu qətl törətməyə cəhd.
İstintaq həbs qətimkan tədbiri 2026-cı il martın 29-dək uzadılıb. Məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib. Sverdlovsk vilayət məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, tərəflərin qərardan üç gün ərzində şikayət vermək hüququ var.
Xatırladaq ki, 2025-ci il avqustun 2-də etnik qruplaşmanın lideri Şahin Şixlinski saxlanılaraq Rusiya Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunub. O, özünü təqsirli bilmədiyini bildirib. Onun oğlu Mutvali Şixlinski isə daha əvvəl Milli Qvardiya əməkdaşına hücum ittihamı ilə həbs edilmişdi.