6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

“Vietnam Airlines” kiber hücuma məruz qaldı – müştəri məlumatları ələ keçirilib

14-oktyabr-2025
“Vietnam Airlines” kiber hücuma məruz qaldı – müştəri məlumatları ələ keçirilib
Yazı Ölçüsü:
Vyetnamın mülki aviasiya sektorunun aparıcı şirkəti olan “Vietnam Airlines” daimi müştərilərinə xüsusi məktub göndərərək kiber hücuma məruz qaldığını bildirib
"PostMedia" bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Hücum nəticəsində beynəlxalq şirkətləri də əhatə edən müştəri məlumatlarının sızdığı qeyd olunur.
Şirkət müştərilərə bir sıra tövsiyələr verib.
“Lotusmiles” hesablarının və həmin hesablara bağlı elektron poçtların şifrələrini dəyişin, “Vietnam Airlines” adından ola biləcək fişinq cəhdlərinə qarşı ehtiyatlı olun, şübhəli e-poçtlar və ya telefon zənglərinə diqqətlə yanaşın, təsdiqlənməmiş mənbələrə şəxsi məlumat, birdəfəlik şifrələr və ya hesab məlumatları ötürməyin.
Şirkət baş verənlərlə bağlı araşdırmanın davam etdiyini bildirib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930