6°C Bakı
1$ = 1.70₼
Hadisə

Tehranın hava hücumundan müdafiə sistemi yerləşdirilən qərb hissəsində partlayişlar eşidilib

08-may-2026
Tehranın hava hücumundan müdafiə sistemi yerləşdirilən qərb hissəsində partlayişlar eşidilib
Yazı Ölçüsü:

İranın paytaxtı Tehranın qərb hissəsində partlayış səsi eşidilib.

"PostMedia" xəbər verir ki, bu barədə "İran Jurnalistinin Gündəliyi" məlumat yayıb.

Bundan əvvəl İran mediası ölkənin bir neçə bölgəsində partlayışlar barədə məlumat vermişdi.

İran qüvvələrinin neft tankerlərinə edilən hücuma cavab olaraq Amerika qüvvələrinə raket atəşi açdığı bildirilib.

Bəndər Abbas və Qeşm adası üzərində iki dronun məhv edilməsi barədə də məlumatlar yayılıb.

"Mehr" agentliyi isə məlumat yayıb ki, Tehranın qərb hissəsində hava hücumundan müdafiə sistemi işə salınıb.

Bir neçə saat əvvəl dəhşətli bir səsdən sonra Tehranın qərb hissəsində bir neçə dəqiqə ərzində davamlı müdafiə əməliyyatı həyata keçirilib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930