6°C Bakı
1$ = 1.70₼
Hadisə

ABŞ İranın Qeşm və Bəndər-Abbas limanlarına zərbə endirib

08-may-2026
ABŞ İranın Qeşm və Bəndər-Abbas limanlarına zərbə endirib
Yazı Ölçüsü:

ABŞ Silahlı Qüvvələri İranın Qeşm və Bəndər-Abbas limanlarına zərbə endirib, lakin bu, müharibənin yenidən başlaması demək deyil.

"PostMedia" xəbər verir ki, bu barədə "Fox News" telekanalının jurnalisti Cennifer Qriffin "X" sosial şəbəkəsində yazıb.

Qriffinin sözlərinə görə, yüksəkvəzifəli amerikalı rəsmi ona bildirib ki, ABŞ bir neçə dəqiqə əvvəl İranın Qeşm və Bəndər-Abbas limanlarına hərbi zərbə endirib. Bununla yanaşı, o əlavə edib ki, bu addım müharibənin bərpası və ya atəşkəs rejiminin dayandırılması anlamına gəlmir.

Qriffin qeyd edib ki, həmin rəsmi həmçinin Səudiyyə ərəbistanı və Küveyt tərəfindən “Azadlıq” əməliyyatı çərçivəsində amerikalıların öz bazalarından və hava məkanından istifadəsinə verilən icazənin qəfil geri çağırılması barədə məlumatı təsdiqləyib.

Rəsmiyə görə, sonradan bu qərar ləğv edilib. Bildirilir ki, Səudiyyə hakimiyyəti Pentaqonun bazar ertəsi İranın həyata keçirdiyi zərbələrin əhəmiyyətini azaltmasından və bazar günü hərbi əməliyyatın başlanacağını elan etdikdən sonra Hörmüz boğazının açılması və gəmilərin keçidi ilə bağlı “Azadlıq” əməliyyatını qəfil dayandırmasından narazı qalıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930