6°C Bakı
1$ = 1.70₼
Hadisə

İrəvanda 7 yaşlı Rusiya vətəndaşı eyvandan yıxılıb

07-may-2026
İrəvanda 7 yaşlı Rusiya vətəndaşı eyvandan yıxılıb
Yazı Ölçüsü:

İrəvanda Rusiya vətəndaşı olan 7 yaşlı uşaq eyvanın dəmir barmaqlıqları arasından ehtiyatsızlıqdan yıxılıb.

PostMedia” xəbər verir ki, bu hadisə mayın 5-də saat 13:30 radələrində baş verib.

Fotomüxbir Qaqik Şamşyanın məlumatına görə, hadisə yerində həkimlər polis əməkdaşlarına bildiriblər ki, yaralı xəstəxananın xüsusi şöbəsinə yerləşdirilib.

Mərkəzi polis şöbəsinin əməkdaşları müəyyən ediblər ki, yaralı Rusiya vətəndaşı, 7 yaşlı Lina A.-dır. O, Buzand küçəsində yerləşən binalardan birinin 2-ci mərtəbəsinin eyvanında oynayarkən təsadüfən barmaqlıqların arasından yıxılıb.

Uşaq “yerdəyişməsiz bud sümüyü sınığı” və “yerdəyişməsiz xətti kəllə çatlaması” diaqnozu ilə Viqmor Qadın və Uşaq Xəstəxanasına çatdırılıb.

Faktla bağlı polisinin Mərkəzi bölməsində araşdırma materialları hazırlanıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930