6°C Bakı
1$ = 1.70₼
Hadisə

Çavuşoğlunun qardaşı güllələndi

06-may-2026
Çavuşoğlunun qardaşı güllələndi
Yazı Ölçüsü:

Türkiyənin Antalya vilayətinin Alanya rayonunda keçmiş xarici işlər naziri Mevlüt Çavuşoğlu və “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlunun qardaşı, iş adamı 52 yaşlı Aydın Çavuşoğlu ofisində silahla yaralanmış halda tapılıb.

"PostMedia" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Aydın Çavuşoğluna məxsus yanacaqdoldurma məntəqəsində yerləşən ofisdən dünən axşam saatlarında silah səsi eşidilib. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və təhlükəsizlik qüvvələri cəlb olunub. Hadisə yerinə çatan əməkdaşlar onu yaralı vəziyyətdə aşkar ediblər.

İlkin tibbi yardımdan sonra Çavuşoğlu xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Son məlumatlara əsasən, onun vəziyyəti ağır olaraq qalır və reanimasiya şöbəsində müalicəsi davam edir.

Hadisə yerində polis tərəfindən ofis və yanacaqdoldurma məntəqəsində araşdırma aparılıb.

Hadisədən sonra Antalya valisi Hulusi Şahin də xəstəxanaya gələrək yaralının vəziyyəti ilə maraqlanıb. Bildirilib ki, Mevlüt Çavuşoğlu hazırda xaricdədir, ona məlumat verilib və yaxın zamanda ölkəyə qayıdacağı gözlənilir.

Faktla bağlı araşdırma davam edir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930