İslam İnqilabı Keşikçiləri Kopusu (SEPAH) ilə “sıx əlaqələri” olan və bir hissəsi casusluqda şübhəli bilinən naməlum sayda vətəndaş saxlanılıb.
"PostMedia" xəbər verir ki, bunu Bəheyn Daxili İşlər Nazirliyi bildirilib.
Qurumun mayın 6-da yaydığı rəsmi açıqlamaya görə, saxlanılan şəxslər Tehranın düşmən fəaliyyətlərinə dəstək verməkdə və xarici strukturlarla əməkdaşlıqda ittiham olunurlar.
Bundan əvvəl, aprelin sonunda Bəhreyn hakimiyyəti krallığa qarşı İranın hücumlarına ehtimal edilən dəstək və “xarici təşkilatlarla sui-qəsd” ittihamları ilə 69 nəfəri vətəndaşlıqdan məhrum etmişdi.
Təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi regionda ümumi gərginliyin artması və ölkənin daxili işlərinə xarici müdaxiləyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi fonunda baş verir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
