6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti casusluq ittihamı ilə yüksək vəzifəli şəxsi saxlayıb

05-may-2026
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti casusluq ittihamı ilə yüksək vəzifəli şəxsi saxlayıb
Yazı Ölçüsü:

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (State Security Service of Georgia) xarici ölkənin xüsusi xidmət orqanlarının tapşırığı ilə məlumat toplamaq və ötürmək ittihamı ilə dövlət qurumunda çalışan yüksək vəzifəli şəxsi saxlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə xidmət rəhbərinin birinci müavini Laşa Maqradze brifinq zamanı bildirib.

Verilən məlumata görə, SSSG-nin Əks-kəşfiyyat departamenti son bir neçə ay ərzində intensiv rejimdə əməliyyatlar aparıb və bu çərçivədə həmin məmur casusluğa görə – yəni xarici xüsusi xidmət əməkdaşlarının tapşırıqları ilə məlumat toplamaq və ötürmək ittihamı ilə saxlanılıb.

“Müəyyən edilib ki, dövlət qurumlarından birində yüksək vəzifədə çalışan bu şəxs ölkə maraqlarına zidd olaraq, hazırkı və əvvəlki vəzifələrindən, eləcə də müxtəlif qurumlardakı şəxsi əlaqələrindən istifadə etməklə, xarici xüsusi xidmət orqanlarının maraqları naminə sistemli şəkildə məlumat toplayıb və ötürüb”, – deyə açıqlamada bildirilir.

Qurumun məlumatına görə, saxlanılan şəxs xarici xüsusi xidmət nümayəndəsi ilə yüksək səviyyədə təşkil olunmuş, konspirativ xarakterli davamlı əlaqələr saxlayıb. Görüşlər şifrələnmiş rabitə vasitəsilə planlaşdırılıb və əvvəlcədən razılaşdırılmış konspirasiya qaydalarına ciddi əməl olunmaqla müxtəlif məkanlarda keçirilib. Məlumat ötürülməsi həm üzbəüz görüşlər, həm də elektron vasitələrlə həyata keçirilib.

“Xarici xüsusi xidmət orqanına ötürülən məlumatlar müxtəlif kateqoriyalı məxfi məlumatları əhatə edib. Bu məlumatlar Gürcüstanda baş verən siyasi-iqtisadi proseslər, güc strukturları və təhlükəsizlik qurumlarındakı vəziyyət, etnik və dini azlıqlar, eləcə də sifarişçilər üçün maraq doğuran digər məlumatlarla bağlı olub”, – deyə qeyd olunur.

Bundan əlavə, saxlanılan şəxs media nümayəndələrini cəlb etmək və kəşfiyyat xarakterli məlumat toplamaq məqsədilə informasiya platformalarının yaradılması üzərində də çalışıb, o cümlədən region ölkələri istiqamətində fəaliyyət göstərib.

Bildirilir ki, o, bu fəaliyyəti maddi gəlir əldə etmək məqsədilə həyata keçirib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır. Bu maddə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031