6°C Bakı
1$ = 1.70₼
Əməliyyat-axtarış

Gücüstanda kokain əməliyyatı: Bir Azərbaycan vətəndaşı saxlanıb

04-may-2026
Gücüstanda kokain əməliyyatı: Bir Azərbaycan vətəndaşı saxlanıb
Yazı Ölçüsü:

Gürcüstanda hüquq-mühafizə orqanları xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və realizasiyasına yardım göstərilməsi ittihamı ilə Azərbaycanın 32 yaşlı vətəndaşını saxlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları şəxsin üzərində və müvəqqəti yaşadığı evdə aparılan axtarış zamanı satış üçün hazırlanmış, xüsusilə külli miqdarda - 1 kq-a qədər narkotik vasitə olan kokaini maddi sübut kimi götürüblər.

Hüquq-mühafizə orqanları tərəfindən həmçinin narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan materiallar da aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 260 və 260-1-ci maddələri ilə aparılır. Bu maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930