6°C Bakı
1$ = 1.70₼
Əməliyyat-axtarış

İran motorlu qayıqlarının batırılması ilə bağlı ABŞ-nin iddiası həqiqətə uyğun deyil - "Tasnim"

04-may-2026
İran motorlu qayıqlarının batırılması ilə bağlı ABŞ-nin iddiası həqiqətə uyğun deyil - "Tasnim"
Yazı Ölçüsü:

İranın bir neçə hərbi motorlu qayığının batırılması ilə bağlı ABŞ-nin iddiası yalandır.

"PostMedia" bu barədə "Tasnim" hərbi mənbəyə istinadən məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, ABŞ tərəfi daha əvvəl bir sıra açıqlamalarla çıxış edib, o cümlədən Hörmüz boğazından iki gəminin keçməsi və İranın bir neçə hərbi motorlu qayığının batırılması barədə məlumat verib. Lakin qeyd olunur ki, bu iddiaların hər ikisi təkzib edilib.

Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper bildirmişdi ki, ABŞ Silahlı Qüvvələri ticarət gəmiçiliyinə mane olmağa çalışan İranın altı motorlu qayığını batırıb, həmçinin Hörmüz boğazının açılmasına yönəlmiş “Azadlıq” layihəsi çərçivəsində İranın qanadlı raketlərini və pilotsuz uçuş aparatlarını zərərsizləşdirib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930