Bu gün Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Moskvada Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla görüşüb.
“PostMedia” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş Moskva şəhərində Xələfovun işgüzar səfəri çərçivəsində baş tutub.
Tərəflər Rusiya-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqlik əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin aktual beynəlxalq və regional məsələlər müzakirə olunub.
Görüşdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) gündəliyində duran əsas məsələlər və 2025–2026-cı illərdə Azərbaycanın sədrliyi dövründə bu platformada birgə fəaliyyətin təşkili məsələləri nəzərdən keçirilib.
Söhbət çərçivəsində CICA-nın Avrasiya məkanında çoxtərəfli əməkdaşlıq sisteminə inteqrasiyası da diqqət mərkəzində olub.
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə keçirilən ayrıca məsləhətləşmələr zamanı CICA-nın müxtəlif sahələr üzrə praktiki fəaliyyətinin gücləndirilməsi yolları və Xəzər dənizi ilə bağlı əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.
Qeyd edək ki, Xələf Xələfov Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə də ayrıca görüşüb. Həmin görüşdə əməkdaşlığın müxtəlif ölçüləri üzrə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin praktiki fəaliyyətinin intensivləşdirilməsi yolları, o cümlədən Xəzər regionunda qarşılıqlı fəaliyyət məsələləri ətraflı müzakirə olunub.