ABŞ Pprezidenti Donald Tramp İranla müharibənin mümkün müddətindən danışaraq, döyüş əməliyyatlarının növbəti dörd həftə ərzində davam edə biləcəyini bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə o, "Daily Mail" qəzetinə verdiyi müsahibədə deyib.
“Bu, hər zaman dörd həftəlik bir proses olub. Biz bunun təxminən dörd həftə davam edəcəyini düşünürdük. Ona görə də, baxmayaraq ki, bu, böyük bir ölkədir, bu, dörd həftə, hətta bəlkə də daha az çəkəcək”, – deyə ABŞ prezidenti izah edib.
O, bildirib ki, zərbələrin indiyədək əldə olunan nəticələri onu təəccübləndirməyib.
“Xeyr, düşünürəm ki, hər şey plana uyğun gedir. Bilirsiniz, biz onların bütün rəhbərliyini məhv etmişik – gözlədiyimizdən çox-çox artıq. Görünür, təxminən 48 nəfər”, – deyə o cavab verib.
Tramp həmçinin qeyd edib ki, iranlılarla gələcək danışıqlara açıqdır, lakin onların “yaxın vaxtlarda” baş tutub-tutmayacağını deyə bilməyib.
“Mən bilmirəm. Onlar danışmaq istəyirlər, istəyirlər, amma mən demişdim ki, keçən həftə danışmalı idilər, bu həftə yox”, – deyə ABŞ prezidenti vurğulayıb.
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05-mart-2026
HiTech
Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb
05-mart-2026
HiTech
“Azercell” tarif paketlərini yeniləyir
05-mart-2026
Energetika
“Azeri Light” 5%-dək ucuzlaşdı
05-mart-2026
Energetika
Dünya bazarında Brent”in qimyəti dəyişməyib
05-mart-2026
Oğurluq
Teyker Karlsonun 7,9 milyon dollar dəyərində ALP nikotin paketləri ilə dolu yük maşını oğurlanıb