6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran XİN-i beynəlxalq təşkilatlara və dövlətlərə məktub göndərib

02-mart-2026
İran XİN-i beynəlxalq təşkilatlara və dövlətlərə məktub göndərib
Yazı Ölçüsü:
İranın Xarici İşlər naziri Abbas Araqçi beynəlxalq təşkilatlara və dünyanın digər ölkələrinin xarici işlər nazirlərinə məktub göndərib.
"PostMedia" xəbər verir ki, bu barədə İranın yerli KİV-ləri məlumat paylaşıb.
Məktubda, BMT Baş katibi Antonio Quterreşə ünvanlanmış surəti BMT İnsan Hüquqları Ali Komissarına və digər ölkələrin xarici işlər nazirlərinə göndərilmiş məktubda, Araqçi İranda ABŞ və Sionist rejimi tərəfindən həyata keçirilmiş hərbi hücumlar zamanı törədilmiş hərbi cinayətlər və insanlığa qarşı cinayətlər barədə ölkəsinin mövqeyini açıqlayıb.
Məktubda bildirilir ki, ABŞ və İsrail tərəfindən sivillərə, xüsusilə məktəblərə, yardım mərkəzlərinə və yaşayış rayonlarına yönəlmiş məqsədli atəşlər, beynəlxalq humanitar hüququn əsas prinsiplərinin kobud şəkildə pozulması və insan həyatının ən fundamental hüquqlarına açıq hörmətsizlikdir.
İran İslam Respublikası BMT Baş katibini, Təhlükəsizlik Şurasını və digər müvafiq beynəlxalq qurumları bu hücumları dərhal, effektiv və real tədbirlərlə qınamağa, cinayətlərin davamını dayandırmağa və məsul şəxsləri cavabdeh tutmağa çağırır.
Məktubun Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi əlavə olunması xahiş olunur.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930