"Forbes" jurnalı ABŞ-ın ən səxavətli milyarderlərinin siyahısını hazırlayıb. Məlum olub ki, “Qızıl 100” siyahısındakı bəzi üzvlər həqiqətən də paylaşıma meyllidirlər – bəzən sərvətlərinin 40%-ni xeyriyyəyə ayırırlar.
Amma jurnalda qeyd olunur ki, ölkənin 12 ən varlı şəxslərindən yalnız yarısı həqiqətən xeyriyyəçi sayıla bilər.
Siyahıya daxil edilməyənlər:
İlon Mask – 780 milyard dollar sərvətinin yalnız 0.06%-ni xeyriyyəyə verib.
"Google"un həmtəsisçisi Lari Peyc – 270 milyard dollarlıq sərvətinin yalnız 0.03%-ni xeyriyyəyə verib.
"Oracle2un təsisçisi Lari Elison – 241 milyard dollar sərvətinə baxmayaraq həyatı boyunca təxminən 1 milyard dollar xeyriyyəyə ayırıb.
Səxavətli milyarderlər:
Ceff Bezos və Loren Sançes Bezos
Ümumi sərvət: 250 milyard dollar
Xeyriyyə: 4.7 milyard dollar
Əsasən ətraf mühit və sosial layihələrə dəstək verirlər. Bezos Earth Fund vasitəsilə 2030-cu ilə qədər 10 milyard dollar xərcləməyi vəd edir (artıq 2.4 milyard xərclənib).
Sergey Brin
Ümumi sərvət: 249 milyard dollar
Xeyriyyə: 5 milyard dollar (sərvətin 2%-i)
Parkinson, ikili pozuntu və autizm araşdırmalarını dəstəkləyir, Catalyst4 və Sergey Brin Ailə Fondunu yaradıb.
Mark Sukerberq və Priscilla Çan
Ümumi sərvət: 213 milyard dollar
Xeyriyyə: 6.1 milyard dollar (3%)
Chan Zuckerberg Initiative vasitəsilə biotexnologiya, təhsil və yerli qeyri-kommersiya təşkilatlarını dəstəkləyirlər.
Stiv və Konni Balmər
Ümumi sərvət: 141 milyard dollar
Xeyriyyə: 6.5 milyard dollar (4%)
Microsoft-un keçmiş icraçı direktoru və həyat yoldaşı Ballmer Group vasitəsilə aşağı gəlirli ailələrə, məktəblərə, klinikalara və fəlakət qurbanlarına yardım edir.
Meril Simons
Ümumi sərvət: 32.6 milyard dollar
Xeyriyyə: 10.3 milyard dollar (24%)
Hədj-fond sahibi Cim Simonsin həyat yoldaşı və ailəsi əsas elmi tədqiqatlar, ətraf mühit və nevrologiya layihələrini dəstəkləyir.
Corc Soros
Ümumi sərvət: 7.5 milyard dollar
Xeyriyyə: 24 milyard dollar (76%)
Açıq Cəmiyyət Fondları vasitəsilə insan hüquqları, demokratiya və ədalətə dəstək verib.
Maykl Blumberq
Ümumi sərvət: 109 milyard dollar
Xeyriyyə: 25.4 milyard dollar (19%)
Bloomberg Philanthropies vasitəsilə iqlim dəyişiklikləri, səhiyyə və təhsil layihələrinə sərmayə qoyur.
Mackenzi Skott
Ümumi sərvət: 30.9 milyard dollar
Xeyriyyə: 26.4 milyard dollar
Amazon-un keçmiş həyat yoldaşı, sərvətinin 75%-ni xeyriyyəyə verib və 2500-dən çox təşkilata dəstək göstərib.
Bill və Melinda Gates
Bill-in sərvəti: 107 milyard dollar
Xeyriyyə: 52.6 milyard dollar (28%)
Gates Foundation vasitəsilə qlobal səhiyyə və inkişaf layihələrinə sərmayə qoyublar.
Uorren Bafett
Ümumi sərvət: 146 milyard dollar
Xeyriyyə: 68 milyard dollar (32%)
Tarixin ən səxavətli xeyriyyəçisi hesab olunur, səhiyyə və yoxsulluqla mübarizə layihələrinə sərmayə qoyub.
Ümumilikdə, böyük milyarderlər keçən il 34 milyard dollar xeyriyyəyə veriblər və həyatları boyunca 275 milyard dollar ayırıblar – bu, ümumi sərvətlərinin yalnız 14%-i deməkdir.