6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial təminat

Ötən il Gürcüstandan 39 Azərbaycan vətəndaşı deportasiya edilib

13-fevral-2026
Türkan Nəbi
Ötən il Gürcüstandan 39 Azərbaycan vətəndaşı deportasiya edilib
Yazı Ölçüsü:

Qeyri-qanuni miqrantlara qarşı mübarizə məqsədilə Gücüstan Daxili İşlə Naziliyinin Miqrasiya Departamenti fəaliyyətini gücləndiib.

"PostMedia" xəbə vei ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildiribb.

Onun sözlərinə görə, hazırda Gürcüstanda təxminən 20 min qeyri-leqal miqrant mövcuddur.

“Departamentin gücləndirilməsi bir neçə il ərzində ölkəni qeyri-qanuni miqrantlardan tam təmizləməyə imkan verəcək”, – deyə o bildirib.

Baş nazirin sözlərinə görə, xaricilər Gürcüstan əhalisinin 6,6 faizini təşkil edir.

“Əhalinin siyahıyaalınmasının ilkin məlumatlarına əsasən, Gürcüstanın əhalisi 3 milyon 914 min nəfərdir. Onlardan maksimum 257 mini əcnəbidir, yəni ümumi əhalinin 6,6 faizi. Buraya bütün xaricilər, o cümlədən qeyri-qanuni miqrantlar daxildir”, – deyə Kobaxidze qeyd edib.

O əlavə edib ki, Gürcüstanda yaşayan xaricilərin təxminən 70 faizi (180 min nəfər) postsovet ölkələrinin, Avropa İttifaqı ölkələrinin, ABŞ və İsrailin vətəndaşlarıdır. Onlardan azı 40 mini keçmiş Gürcüstan vətəndaşıdır və ya gürcü soyadına malikdir.

“Gürcüstanda yaşayan əcnəbilərin 7,4 faizi Türkiyə, 3,7 faizi isə İran vətəndaşlarıdır. Yəni, bu iki ölkənin Gürcüstan əhalisindəki ümumi payı cəmi 0,7 faizdir. BƏƏ, Səudiyyə Ərəbistanı və Küveytdən isə ölkəmizdə demək olar ki, miqrant yoxdur”, – deyə baş nazir bildirib.

Məlumata görə, 2025-ci ildə Gürcüstandan 1 311 xarici vətəndaş deportasiya edilib. Bu göstərici 2014–2024-cü illər ərzində deportasiya olunanların ümumi sayını üstələyir.

Ən çox deportasiya edilənlər Hindistan vətəndaşlarıdır – 269 nəfər. İkinci yerdə Türkiyə (176 nəfər), üçüncü yerdə isə İran (157 nəfər) qərarlaşıb.

Qonşu ölkələrdən isə 2025-ci ildə Gürcüstandan 39 azərbaycanlı, 26 erməni və 73 Rusiya vətəndaşı deportasiya edilib.

Kateqoriyalar