Azərbaycan dünyanın ən isti ölkələri arasında 170-ci yerdədir
22-yanvar-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Azərbaycan dünyanın ən isti ölkələri arasında 170-ci yerdədir.
"PostMedia" xəbər verir ki, ölkəmizdə illik orta temperatur 12,96°C təşkil edir.
Müqayisə üçün qeyd edək ki, Gürcüstan 9,01°C göstərici ilə 203-cü, Ermənistan isə 7,82°C göstərici ilə 209-cu yerdədir.
Reytinq cədvəlinə 30,4°C illik orta temperaturla Burkina-Faso başçılıq edir.
Sonuncu yerdə isə -18,68°C ilə Qrenlandiya qərarlaşıb.
İllik orta temperatur hər bir ölkə üçün 1991-ci ildən 2020-ci ilə qədər olan dövr ərzində gündəlik minimum və maksimum temperaturların orta qiyməti kimi hesablanır.