6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

İsveç Ukraynaya səhiyyə və sosial xidmətlər üçün 6,73 milyon dollar ayırır

09-fevral-2026
İsveç Ukraynaya səhiyyə və sosial xidmətlər üçün 6,73 milyon dollar ayırır
Yazı Ölçüsü:

İsveç hökuməti Ukraynaya səhiyyə, sosial xidmətlər və uşaqlara yardım məqsədilə 60 milyon kron (6,73 milyon ABŞ dolları) ayırmaq qərarına gəlib.

"PostMedia" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin sosial məsələlər və ictimai səhiyyə naziri Yakob Forsmed bildirib.

Nazirin sözlərinə görə, ayrılan vəsait, digər istiqamətlərlə yanaşı, antibiotiklərə qarşı davamlılıqla mübarizəyə, yaşlılara qayğı xidmətlərinə, həmçinin sosial xidmətlər çərçivəsində uşaqlar və yeniyetmələrlə aparılan işlərə yönəldiləcək.

Qeyd olunub ki, bu qrant 2025–2027-ci illəri əhatə edən üçillik dövrdə Ukraynaya ayrılması nəzərdə tutulan 129,5 milyon kron (14,40 milyon ABŞ dolları) həcmində yardım paketinin tərkib hissəsidir.

2022-ci ilin fevralından etibarən İsveçin Ukraynaya göstərdiyi ümumi yardımın həcmi təxminən 114 milyard kron (12,67 milyard ABŞ dolları) təşkil edir ki, bunun da 24,4 milyard kronu (2,71 milyard ABŞ dolları) mülki dəstək payına düşür.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031