6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Trampın ətrafı İsrailin İrana ilk zərbə endirməsini istəyir - "Politico"

26-fevral-2026
Turan Hüseynli
Trampın ətrafı İsrailin İrana ilk zərbə endirməsini istəyir - "Politico"
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trampın əsas müşavirləri ABŞ-nin mümkün zərbələrindən əvvəl İsrailin İrana ilk hücumu həyata keçirməsini daha məqsədəuyğun hesab edirlər.

"PostMedia" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, administrasiya daxilində və ətrafında belə bir fikir var ki, israillilərin təkbaşına ilk addımı atması, İranın isə cavab zərbəsi endirməsi ABŞ üçün hərbi əməliyyatlara başlamaq baxımından daha çox əsas yaradacaq.

Tramp administrasiyasındakı rəsmilərin fikrincə, İsrailin hücumu İranı cavab verməyə vadar edəcək və bu da ABŞ ictimaiyyətində hərbi müdaxiləyə dəstək qazanmağa kömək edəcək.

Eyni zamanda, mənbələrin bildirdiyinə görə, ABŞ–İran danışıqlarının ciddi xarakter daşımasına baxmayaraq, Trampa ən yaxın çevrələr “biz onları bombalamağa hazırlaşırıq” düşüncəsindədir.

Fevralın 26-da Cenevrədə İranın nüvə proqramı ilə bağlı məsələlərin müzakirəsi məqsədilə ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların yeni mərhələsi keçiriləcək. ABŞ tərəfini prezidentin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner, İran tərəfini isə xarici işlər naziri Abbas Araqçi təmsil edəcək.

İran prezidenti Məsud Pezeşkian qarşıdakı danışıqlara müsbət yanaşdığını bildirib. Bununla belə, Axios mənbələrə istinadən xəbər verir ki, bu diplomatik cəhd sonuncu ola bilər və uğursuzluq halında Tramp İran əleyhinə genişmiqyaslı ABŞ–İsrail hərbi əməliyyatına başlaya bilər.

Kateqoriyalar