6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyan: "Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı hansısa narahatlığımız yoxdur"

26-fevral-2026
Turan Hüseynli
Paşinyan: "Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı hansısa narahatlığımız yoxdur"
Yazı Ölçüsü:

2024-cü ilə qədər sərhəd-keçid məntəqələrinin böyük hissəsi Rusiyanın nəzarətində idi və ya orada , o cümlədən beynəlxalq hava limanımızda Rusiya sərhədçiləri xidmət edirdi. Hazırda isə Ermənistan Respublikasının bütün sərhəd-keçid məntəqələri Ermənistan sərhədçilərinin nəzarətindədir.

"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Polşada xarici səfirlər, diplomatlar və analitik mərkəzlərin nümayəndələri ilə görüşdə, Ermənistanda Rusiyanın hərbi mövcudluğu ilə bağlı suala cavab verərkən bildirib.

“Əlbəttə, biz Rusiyaya həmin dövrdə göstərdiyi dəstəyə görə minnətdarıq. Yeni müstəqil dövlət kimi 1990-cı illərin əvvəllərində bu cür xidmətləri göstərmək imkanımız yox idi. Amma hazırda buna qadirik və imkanlarımızı inkişaf etdiririk.

Rus hərbi bazasına gəldikdə isə, onun mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız yoxdur və bu məsələdə hər hansı narahatlığımız da yoxdur”, – deyə baş nazir bildirib və əlavə edib ki, Ermənistan Rusiya ilə sıx tərəfdaşdır.

Kateqoriyalar