Estoniyanın Gürcüstandakı səfiri Marqe Mardisalu-Kahar sosial şəbəkələrdə Gürcüstan universitetlərindən biri ilə bağlı paylaşımına görə Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Georgia Online" məlumat yayıb.
Səfiri xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili qəbul edərək onun açıqlamasının məqsədini izah etməsini istəyib. Gürcüstan XİN bəyan edib ki, səfirin paylaşımı təhsil islahatlarını siyasiləşdirməyə yönəlib və bu, ölkənin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilir.
Nazirlik əlavə edib ki, Estoniya tərəfi təhsil islahatları ilə maraqlanırsa, bunu Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi ilə rəsmi məsləhətləşmələr yolu ilə edə bilər.
Qeyd edək ki, səfir daha əvvəl sosial şəbəkədə İlya Dövlət Universitetinin rektoru ilə birgə fotosunu paylaşaraq “İlya Universitetinin yanındayıq” yazmışdı.
