6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran ABŞ ilə mümkün qədər tez razılaşma əldə etməyə hazırdır – nazir müavini

24-fevral-2026
İran ABŞ ilə mümkün qədər tez razılaşma əldə etməyə hazırdır – nazir müavini
Yazı Ölçüsü:

"Biz mümkün qədər tez razılaşma əldə etməyə hazırıq. Bunun baş verməsi üçün hər şeyi etməyə çalışırıq".

"PostMedia" xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi ABŞ-nin Milli İctimai Radiosuna (NPR) müsahibəsində bildirib və Cenevrə danışıqlarının mümkün nəticələrini şərh edib.

“Biz Cenevrə danışıqlar zalına tam səmimiyyət və xoş niyyətlə daxil olduq. Ümid edirik ki, amerikalılar da bu xoş niyyəti və müsbət yanaşmanı qarşılıqlı şəkildə bölüşəcəklər. Əgər bütün tərəflər siyasi iradə nümayiş etdirsələr, inanıram ki, razılaşma mümkün qədər tez reallaşacaq. Danışıqların mövzusu nüvə məsələsidir və bütün tərəflər bu mövzuda razıdır”, – deyə nazir müavini vurğulayıb.

Xatırladaq ki, son vaxtlar Cenevrədə Oman Sultanlığının vasitəçiliyi ilə İran və ABŞ arasında iki raund dolayı danışıqlar keçirilib.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930