6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İsrailin Yaxın Şərq ərazilərinə heç bir hüququ yoxdur - AKP əsmisi

23-fevral-2026
Turan Hüseynli
İsrailin Yaxın Şərq ərazilərinə heç bir hüququ yoxdur -  AKP əsmisi
Yazı Ölçüsü:

İsrailin Fələstin əraziləri və ya digər ərəb torpaqları üzərində heç bir hüququ yoxdur.

"PostMedia" xəbər verir ki, bu barədə Türkiyənin hakim “Ədalət və İnkişaf” Partiyasının rəsmi nümayəndəsi Ömər Çəlik ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin İsrailin Yaxın Şərq əraziləri üzərində “haqqı” olması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

“İsrailin işğal olunmuş Fələstin əraziləri və ya digər işğal olunmuş ərəb torpaqları üzərində heç bir hüququ və suverenliyi yoxdur. Dost və qardaş ərəb dövlətlərinin suverenliyinə yönəlmiş hər hansı təhdid qanunsuzdur”, – deyə Çəlik X sosial şəbəkəsində paylaşımında bildirib.

O qeyd edib ki, İordan çayının qərb sahilinin mümkün ilhaqı və ya Qəzza zolağının tam təcrid edilməsi cəhdləri “ərazi soyqırımı” kimi qiymətləndirilir, işğal olunmuş Fələstin torpaqlarında məskunlaşmanın genişləndirilməsi isə “açıq-aşkar təcavüz aktıdır”.

Xatırladaq ki, fevralın 20-də ABŞ səfiri Mayk Hakabi jurnalist Taker Karlsona müsahibəsində İsrailin Nil çayı (Misir) ilə Fərat çayı (Suriya və İraq) arasında yerləşən ərazilər üzərində “bibliya əsaslı hüquqa” malik olduğunu iddia etmişdi.

Kateqoriyalar