6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ İrana ultimatum verib

18-fevral-2026
ABŞ İrana ultimatum verib
Yazı Ölçüsü:

ABŞ İrana ultimatum təqdim edib: ya nüvə proqramını tamamilə dayandırmalı, ya da “digər variantlarla” üzləşməlidir.

"PostMedia" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, Cenevrədə keçirilən danışıqlar uğursuzluqla nəticələnib və tərəflər arasında razılaşma əldə olunmayıb. ABŞ administrasiyası İranın nüvə fəaliyyətini tam şəkildə məhdudlaşdırmasını tələb edir.

Bildirilir ki, İsrail ABŞ ilə İran arasında hər hansı razılaşmanın əldə olunmasını real hesab etmir. İsrail rəsmilərinin fikrincə, Tehran nüvə proqramından imtina etməyə hazır deyil.

Mənbələrə əsasən, Vaşinqton diplomatik yolların tükəndiyi qənaətinə gəlib və təzyiq mexanizmlərini gücləndirməyi planlaşdırır.

Fox News qeyd edir ki, “digər variantlar” ifadəsi hərbi və əlavə sanksiya ssenarilərini də əhatə edə bilər.

Rəsmi Tehran isə indiyədək ultimatumla bağlı açıqlama verməyib.

Müşahidəçilər hesab edirlər ki, bu gərginlik Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930