Türkiyə və Yunanıstan liderləri BƏƏ-yə səfəri ləğv ediblər
17-fevral-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis üçüncü gün üçün planlaşdırılan Abu Dabi səfərini ləğv edib.
"PostMedia" xəbər verir ki, bu barədə "Turkiye Today" nəşri məlumat yayıb.
Bu addım, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın BƏƏ səfərini təxirə salmasından sonra atılıb. Sosial mediada təsdiqlənməmiş ehtimallar BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed əl Nəhyanın sağlamlığı ilə bağlı spekulyasiyalar yaradıb.
Bununla yanaşı, Mitsotakis əl Nəhyanla telefon danışığı edib.
Ərdoğan da eyni addımı atıb, bildirirlər, – deyə türk mətbuatı xəbər verib.