6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Aİ Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız girişi dayandırıb

12-fevral-2026
Turan Hüseynli
Aİ Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız girişi dayandırıb
Yazı Ölçüsü:
Avropa İttifaqı Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız giriş rejiminin dayandırılması barədə qərar qəbul edib.
Bu qərar əsasən ölkənin siyasi elitası və yüksək vəzifəli dövlət məmurlarına şamil olunur.
"PostMedia" xəbər verir ki, bu barədə “Azad Avropa” radiosunun Avropa bürosunun baş redaktoru Rikard Yozvyak məlumat verib.
Qeyd olunur ki, bu tədbir Gürcüstanın adi vətəndaşlarına aid deyil.
Aİ-yə üzv olan 27 ölkədən yalnız Macarıstan və Slovakiya qərarın əleyhinə səs verib. Bununla belə, onlar da ittifaqın qəbul etdiyi qərara əməl etməyə borcludurlar.
“Bitdi. Üzv dövlətlər Gürcüstanın diplomatik pasport sahibləri üçün viza tələbinin tətbiqinə səs verdilər. Yalnız Macarıstan və Slovakiya əleyhinə çıxdı. Qərar martın əvvəlində qüvvəyə minəcək”, – deyə Yozvyak sosial şəbəkədə yazıb.
Xatırladaq ki, 2025-ci ildə Aİ Şurası Gürcüstanın diplomatik pasport sahibləri üçün viza rejiminin sadələşdirilməsi barədə sazişi qismən dayandırmışdı. Həmin vaxt Aİ-yə üzv hər bir ölkə vizanın tətbiqi məsələsində fərdi qərar vermək hüququna malik idi.
Brüsselin bu addımı Gürcüstan hakimiyyətinin Aİ-ni tənqid etməsi və qarşılıqlı siyasi gərginliklə əlaqələndirilir. Aİ rəsmiləri Tbilisinin siyasətini dəyişməli olduğunu, daha sonra isə Avropa inkişaf yoluna qayıtmasının vacibliyini açıq şəkildə bəyan ediblər.
2025-ci ilin iyun ayının sonuna olan məlumata görə, artıq bir sıra Aİ ölkələri – Rumıniya, Bolqarıstan, Latviya, Litva, Estoniya, Lüksemburq, Niderland, Fransa, Belçika, İtaliya və Çexiya Gürcüstanın diplomatik pasport sahibləri üçün viza rejimi tətbiq etmişdi. Digər ölkələr, Macarıstan istisna olmaqla, bu qərarın tətbiqinin müxtəlif mərhələlərində idi.
Kateqoriyalar