Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynada sülhə nail olmaq üçün aparılan danışıqlar hələ uzaq mərhələdədir.
"PostMedia" Lavrov bunu NTV-yə verdiyi müsahibə zamanı deyib.
“Danışıqlar davam edir, ikinci mərhələ Abu Dabidə keçirildi və hələ çox məsafə qət olunmalıdır".
Öz növbəsində, Lavrov bir gün əvvəl sülh müqaviləsinin olmamasına görə məsuliyyəti Vaşinqtona yükləməyə çalışmışdı və əlavə edib ki, mövcud vəziyyət barədə “uyğun olmayan heyrətamiz qavrayış” var ki, onu bölüşmək lazım deyil.
Nazirin sözlərinə görə, söhbət o yayılmış fikirdən gedir ki, Prezident Donald Tramp “avropalıları yerinə otuzdurub”, Prezident Vladimir Zelenskini “yerinə otuzdurub” və onlardan [mümkün atəşkəs şərtlərini] yerinə yetirmələrini tələb edir. “Bütün bunlar yaxşıdır, əgər biz Ukraynada sülhə nail olmaq istəyiriksə, amma indiyə qədər hələ orada deyilik,” – deyə Lavrov bildirib.
Lavrov həmçinin Rusiyanın “çoxqütblü dünya nizamı” qurmaq və “neo-kolonial siyasətə qarşı durmaq” haqqında tezisini təkrar edib və bunu Moskvanın beynəlxalq münasibətlərdə prioriteti kimi təqdim edib. Bundan əlavə, o, ABŞ-ı “dünyada dolların mövqeyini sui-istifadə etmək və ABŞ valyutasını istənməyən ölkələrə qarşı silaha çevirməkdə” ittiham edib.
