6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran raketləri məsələsi ABŞ-ın təhlükəsizliyinə birbaşa təsir etmir – Fidan

10-fevral-2026
İran raketləri məsələsi ABŞ-ın təhlükəsizliyinə birbaşa təsir etmir – Fidan
Yazı Ölçüsü:

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ABŞ-nin İranla bağlı qaldırdığı bütün məsələlər birbaşa Amerika milli təhlükəsizliyi ilə bağlı deyil.

"PostMedia" xəbər verir ki, o, xüsusi olaraq belə məsələlərə İran raketlərini misal gətirib.

“Müxtəlif proqram birbaşa ABŞ-nin milli təhlükəsizliyi və dünya təhlükəsizliyi ilə bağlıdır. Digər məsələlər, xüsusilə raketlər məsələsi, birbaşa Amerika təhlükəsizliyi ilə bağlı deyil. Bu, öncəliklə İsrail və bölgə ölkələrinin təhlükəsizliyi ilə əlaqədardır. Lakin müzakirələr nəticəsində hər iki tərəfi qane edəcək nüvə proqramının həlli tapılarsa, digər məsələləri etimad mühiti içində həll etmək daha asan olar,” – deyə Fidan CNN Türk yayımında bildirib.

O həmçinin qeyd edib ki, İranın müzakirə etmək istədiyi məsələlərin sayı ABŞ gündəliyindəki mövzulardan fərqlənir.

“İran iki məsələni müzakirə etmək istəyir – hazırda uranın zənginləşdirilməsi proqramının taleyi və artıq 60%-lə zənginləşdirilmiş uranın taleyi. İran nüvə dosyesini yalnız bu iki tərəfi üzrə müzakirə etmək niyyətindədir,” – deyə türk nazir əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930