—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ-dən hərbi PUA-lar almışıq – Paşinyan

09-fevral-2026
Türkan Nəbi
ABŞ-dən hərbi PUA-lar almışıq – Paşinyan
Yazı Ölçüsü:

Ermənistan–ABŞ hərbi və müdafiə tərəfdaşlığı sahəsində ciddi irəliləyiş qeydə alınıb.

"PostMedia" xəbər verir ki, bu barədə fevralın 9-da ABŞ-nin vitse-prezidenti Cey Di Venslə birgə bəyanat zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, uzunmüddətli təhlükəsizlik əməkdaşlığının və artıq üç ildir davam edən “Qartal tərəfdaş” birgə hərbi təlimlərinin davamı olaraq, Ermənistan ABŞ-dan V-B-8 tipli pilotsuz uçuş aparatları (PUA) alıb.

“Bu PUA-lar zəngin istifadə təcrübəsi ilə effektivliyini sübut edib və ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcək. Ümid edirəm ki, ABŞ-nin xarici hərbi satış proqramı çərçivəsində həyata keçirilən bu müqavilə gələcək əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaq”, – deyə Paşinyan vurğulayıb.

Daha əvvəl NEWS.am xəbər vermişdi ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevralın 9-da həyat yoldaşı Uşa Venslə birlikdə rəsmi səfərlə Ermənistana gəlib. Onu “Zvartnots” hava limanında Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan, İrəvan meri Tiqran Avinyan, xarici işlər nazirinin müavini Vahan Kostanyan və Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan qarşılayıblar.

Amerika nümayəndə heyətinin tərkibinə ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq də daxildir. O, İrəvana gələr-gəlməz sosial şəbəkədə paylaşım edərək “Növbəti dayanacaq – İrəvan, Ermənistan” yazıb.

Kateqoriyalar