6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Sanksiyalar ləğv edilərsə İran uranın zənginləşdirilməsi səviyyəsini 60%-ə endirməyə hazırdır

09-fevral-2026
Sanksiyalar ləğv edilərsə İran uranın zənginləşdirilməsi səviyyəsini 60%-ə endirməyə hazırdır
Yazı Ölçüsü:

İran hakimiyyəti Vaşinqton Tehrana qarşı bütün sanksiyaları ləğv edəcəyi təqdirdə ölkədə uranın 60 % zənginləşdirilmə səviyyəsini azaltmağa hazırdır.

"PostMedia" xəbər verir ki, bu barədə İranın vitse-prezidenti və İslam Respublikasının Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami məlumat verib.

Tasnim agentliyinin məlumatına görə, Eslami bildirib: “Bu məsələ qarşılıq olaraq onların bütün sanksiyaları ləğv edib-etməyəcəyindən asılıdır”.

Vitse-prezident qeyd edib ki, Omanda keçirilən danışıqlar zamanı İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının üçüncü ölkələrə ixracı məsələsi müzakirə olunmayıb.

“Danışıqlar zamanı bu mövzu gündəmə gətirilməyib”, – deyə o vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930