6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Aİ Xarici İşlər Nazirləri İran əleyhinə yeni sanksiyaları təsdiqləyib – "Reuters"

29-yanvar-2026
Aİ Xarici İşlər Nazirləri İran əleyhinə yeni sanksiyaları təsdiqləyib – "Reuters"
Yazı Ölçüsü:

Bu gün Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri İran əleyhinə yeni sanksiyaları təsdiqləyiblər.

"PostMedia" "Reuters"ə istinadən xəbər verir ki, bu sanksiyalar etiraz aksiyalarının zorla yatırılmasında iştirak edən və Rusiyanı dəstəkləyən şəxslər və təşkilatlar üçün nəzərdə tutulub.

Nazirlər həmçinin İran İnqilab Keşikçiləri Korpusunu (İİKK) “terror təşkilatı” kimi tanımaq üzrə siyasi razılığa gəlməyi planlaşdırırlar. Bu addım İİKK-nı İŞİD və Əl-Qaidə kimi kateqoriyaya daxil etməklə Avropanın İran rəhbərliyinə yanaşmasında simvolik dəyişiklik hesab olunur.

Aİ-nin bəzi üzv ölkələri, xüsusilə Fransa, uzun müddət İİKK-nı bu siyahıya daxil etməkdə tərəddüd edirdilər, lakin Paris çərşənbə günü bu addımı dəstəkləyəcəyini açıqlayıb və beləliklə təsdiq prosesinin yolunu açıb. Qeyd edək ki, belə bir qərarın qəbul edilməsi üçün Aİ-nin 27 üzv dövlətinin yekdil razılığı tələb olunur.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930