N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Türkiyədə Ukrayna ilə bağlı münaqişənin sülh yolu ilə nizamlanmasına çalışır

28-yanvar-2026
Turan Hüseynli
Türkiyədə Ukrayna ilə bağlı münaqişənin sülh yolu ilə nizamlanmasına çalışır
Yazı Ölçüsü:
Rəsmi Ankara Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə edəcək.
"PostMedia" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç TRT Haber telekanalının efirində bildirib.
“Türkiyə əvvəl olduğu kimi bütün imkanlardan istifadə edəcək və Rusiya ilə Ukraynanın müharibənin dayandırılması barədə qərar verə biləcəyi dialoq üçün mümkün olan maksimum mühiti yaratmağa çalışacaq”, – deyə o qeyd edib.
Türkiyə hakimiyyəti dəfələrlə Rusiya və Ukrayna arasında birbaşa danışıqlar üçün öz meydançasını təqdim etməyə hazır olduğunu bəyan edib və Ukrayna mövzusu üzrə liderlərin görüşünün keçiriləcəyinə ümid etdiyini ifadə edib. 2025-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında üç raund danışıqlar keçirilib.
Kateqoriyalar