N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran ABŞ və İsraillə qarşıdurmanın üçüncü mərhələsinə daxil olduğunu bəyan edib

28-yanvar-2026
Turan Hüseynli
İran ABŞ və İsraillə qarşıdurmanın üçüncü mərhələsinə daxil olduğunu bəyan edib
Yazı Ölçüsü:

İran ABŞ və İsraillə qarşıdurmasının üçüncü mərhələsinə qədəm qoyur.

"PostMedia" xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Kazem Qəribabadı açıqlama verib. Onun sözlərinə görə, ilk iki mərhələ 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibə və 2026-cı ilin yanvarında Vaşinqtonun təşkil etdiyi iğtişaşlar olub.

“Ümumilikdə hazırda üç mərhələ mövcuddur. Birincisi 12 günlük müharibə idi, ikincisi isə müharibənin bitməsindən cəmi yeddi ay sonra baş verən iğtişaşlar. Biz indi üçüncü mərhələyə daxil oluruq”, – deyə Qəribabadı bildirib. O vurğulayıb ki, İran ətrafında baş verən hazırkı proseslər qarşıdurmanın növbəti mərhələsinin başlandığını göstərir.

“Bəli, onlar taktikanı dəyişiblər, amma bir şeyi deyə bilərəm: bu mərhələdə də əvvəlki ikisi kimi məğlub olacaqlar”, – deyə nazir müavini əlavə edib.

İranlı diplomatın sözlərinə görə, Tehran heç vaxt müharibə istəməyib və indi də istəmir, lakin “özünü müdafiə edə bilmək” zərurətini vacib hesab edir və diplomatik irəliləyiş olsa belə, müdafiə imkanlarını gücləndirməyi dayandırmayacaq.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp İran nümayəndələrinin danışıqlar masasına əyləşəcəyinə və nüvə silahının ləğvini nəzərdə tutan razılaşmaya nail olacağına ümid etdiyini bildirib. Əks halda, Tramp Tehrana 2025-ci ilin iyun hücumundan daha ağır olacaq zərbə ilə hədələyib.

Kateqoriyalar