6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran prezidenti Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla danışıqlar aparıb

27-yanvar-2026
İran prezidenti Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla danışıqlar aparıb
Yazı Ölçüsü:

İran Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman (MBS) ilə keçirdiyi görüşdə regional sabitliyin təmin olunması üçün “İslam ölkələri arasında birlik və həmrəyliyin vacib olduğunu” vurğulayıb.

"PostMedia" İran prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Pezeşkian Tehrana göstərilən dəstəyə görə müsəlman ölkələrinə təşəkkür edib.

“Prezident qeyd edib ki, regional qeyri-sabitlik heç kimin maraqlarına xidmət etmir və regionun təhlükəsizliyini pozmağa yönəlmiş psixoloji və siyasi əməliyyatlardan çəkindirib”, – deyə bəyanatda bildirilib.

Pezeşkian, həmçinin, “sülhə, gərginliyin azaldılmasına və münaqişələrin qarşısının alınmasına gətirib çıxaran istənilən prosesi dəstəkləməyə İranın hazır olduğunu” bir daha bəyan edib.

Açıqlamada qeyd olunur ki, vəliəhd şahzadə Məhəmməd bin Salman öz növbəsində Ər-Riyadın “İrana qarşı hər hansı təcavüz və ya eskalasiyanı rədd etdiyini” bildirib və “regionda uzunmüddətli sülh və təhlükəsizliyin bərqərar olması üçün İran və digər regional dövlətlərlə əməkdaşlığa hazır olduqlarını” vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930