N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Barro: "Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir"

27-yanvar-2026
Türkan Nəbi
Barro: "Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir"
Yazı Ölçüsü:
Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.
"PostMedia" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Ankarada türkiyəli həmkarı Hakan Fidan ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Bu kontekstdə sərhədlərin açılması hər iki dövlətin suverenliyi çərçivəsində regional nüfuzun möhkəmlənməsi, regionun çiçəklənməsi və hamının rifahı üçün son dərəcə vacibdir", — deyə Fransa XİN başçısı vurğulayıb.
Barro həm Ermənistan-Azərbaycan, həm də Türkiyə-Ermənistan münasibətlərinin paralel şəkildə normallaşmasının əhəmiyyətini qeyd edib.
Nazir, 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanmış sülh bəyannaməsindən sonra yaranan müsbət dinamikanın və regional kommunikasiyaların (Tramp Marşrutu) açılmasının vacibliyini xatırladıb.
Görüşdə həmçinin NATO çərçivəsində əməkdaşlıq və Qara dəniz təhlükəsizliyi məsələləri müzakirə olunub.
Kateqoriyalar