N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya XİN rəhbəri MDB səfirləri, o cümlədən Azərbaycan səfiri ilə görüşüb

27-yanvar-2026
Admin
Rusiya XİN rəhbəri MDB səfirləri, o cümlədən Azərbaycan səfiri ilə görüşüb
Yazı Ölçüsü:
Yanvarın 27-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv ölkələrinin akkreditə olunmuş səfirləri ilə ənənəvi görüş keçirib.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Görüşdə həmçinin MDB-nin baş katibi Sergey Lebedev və digər Avrasiya strukturlarının icraçı orqanlarının rəhbərləri iştirak ediblər.
Dostluq şəraitində keçən görüşdə tərəflər aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb və 2025-ci il üzrə Avrasiya inteqrasiya birlikləri çərçivəsində çoxtərəfli əməkdaşlığın yekunlarını müzakirə ediblər.
Xarici siyasətin koordinasiyasının gücləndirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizliyin təmin edilməsi qarşıdakı əsas məqsədlər kimi müəyyən edilib.
Qeyd edək ki, yayımlanan fotolara əsasən, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev da iştirak edib.
Kateqoriyalar